19 iyun 2023 14:00
336

Almaniya ilə “Intel” şirkəti arasında 10 milyard avroluq müqavilə imzalanacaq

Almaniya ilə ABŞ-ın məşhur texnologiya şirkəti “Intel” 10 mlrd. avro dəyərində müqavilə imzalanması ilə bağlı razılığa gəlib.

"İki sahil" “Bloomberg“in yaydığı məlumata istinadən xəbər verir ki, Federativ Respublika ilə nəhəng çip istehsalçı olan şirkət arasında imzalanma bu gün baş tutacaq və müqaviləni müvafiq olaraq Almaniya kansleri Olaf Şolts və “Intel”in baş direktoru Pat Qelsinger imzalayacaq.

Müqaviləyə görə, ölkənin şərqində çip istehsalı müəssisəsinin tikintisi baş tutacaq.