19 iyun 2023 17:09
458

Dövlət Xidməti 5 ayda 800 milyon manatlıq müsabiqə əsaslı satınalma keçirib

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ümumi dəyəri 796,2 milyon manat olan 1 938 müsabiqə əsaslı satınalma keçirib.

Bu barədə “İki sahil”ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlardan 19-u açıq tender, 1 050-si elektron açıq tender, 779-u kotirovka sorğusu, 90-ı isə təkliflər sorğusu olub.

Elektron satınalmalar say və məbləğ (367,2 milyon manat) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib.