SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 500 mininci abonentinin adı məlum olub. O, Göygöl rayonu, Murovdağ qəsəbəsində qeydiyyatda olan Hacıyev Natiq Musa oğludur. Natiq Hacıyev torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib və döyüş zamanı yaralanıb.

Müharibə veteranının yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması işi də Birlik tərəfindən təmin edilib. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Natiq Hacıyevin 2 milyon 500 mininci abonent olduğu məlum olub. Bu məqsədlə «Azəriqaz» İstehsalat Birliyinin Baş direktorunun Satış üzrə müavini Rəşad Cavadov və Gəncə RQİİ-nin rəhbərliyi abonentin evini ziyarət ediblər. Daha sonra Birlik rəhbərliyinin adından Natiq Hacıyevin ailəsinə hədiyyə təqdim olunub.
Elçin Zaman, "İki sahil"
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO