Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyətilə görüşdə qurumla əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər barədə müzakirələr apardıq. Bunlar ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, struktur islahatları nəticəsində əldə edilmiş irəliləyişlər, vergi siyasəti və inzibatçılığı sahəsində islahatlardır", - deyə o qeyd edib.
"Fitch" Azərbaycanın bank sektorunun əməliyyat mühiti ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib