22 iyun 2023 12:55
463

Bağçılığın inkişafı layihəsinə 200 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bağçılığın inkişafı layihəsinə 200 min manat güzəştli kredit verib.

“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.

O qeyd edib ki, vəsait Balakən rayonunda fəaliyyət göstərən "Azza" MMC-yə ayrılıb.