22 iyun 2023 13:03
371

Dövlət satınalmaları sahəsində kifayət qədər problemlər var- Məmməd Abbasbəyli

Azərbaycanda dövlət satınalmaları sahəsində əldə olunan nəaliyyətlərə baxmayaraq qanunvericiliyin qeyri-mükəmməl olmasından irəli gələrək hazırda kifayət qədər problemlər var.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlərlə rastlaşılıb: “Keçən il dövlət təşkilatlarının davranışlarında yol verildiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv edilib".