22 iyun 2023 12:43
286

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin 6 gün əvvəl İraqın şimalında keçirilən əməliyyat zamanı yaralanan çavuşu Alpay Aras şəhid olub.

“İki sahil” “Hürriyət”ə istinadən xəbər verir ki, aparılan müalicələrə baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

A.Aras Antalyada dəfn olunacaq.