22 iyul 2026 13:41
132

Zelenski: Ukrayna Rusiya ərazisindəki logistika mərkəzlərinə və neft bazasına zərbələr endirib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiya ərazisində bir sıra obyektlərə, o cümlədən logistika mərkəzlərinə, neft bazasına və "kölgə donanması"nın gəmilərinə zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı öz teleqram kanalında yazıb.

"Bu gün Ukraynanın uzunmüddətli sanksiyaları Rusiyanın Krasnodar və Stavropol vilayətlərindəki mühüm hədəfləri – Rusiya ordusunu pilotsuz uçuş aparatları üçün komponentlər, naviqasiya avadanlığı və digər texnika ilə təmin edən logistika mərkəzlərini, eləcə də daha bir neft bazasını uğurla vurub", - o qeyd edib.

Bundan əlavə, Ukrayna Prezidenti Qara dəniz və Azov dənizinin akvatoriyalarında Rusiyanın "kölgə donanması"nın bir hissəsi adlandırdığı tanker və dörd yük gəmisinin vurulduğunu bildirib.