22 iyun 2023 15:22
328

Azərbaycan Qazaxıstanla turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.