22 iyun 2023 16:10
464

İngiltərə Bankı uçot dərəcəsini 5%-ə çatdırıb

İngiltərə Bankı uçot faiz dərəcəsini 0,5 faiz bəndi artıraraq 4.5%-dən 5%-ə qaldırıb.

"iki sahil" bu barədə Banka istinadən xəbər verir. Böyük Britaniyanın Pul Komitəsinin iki üzvü uçot faiz dərəcəsinin artırılmasının əleyhinə səs versə də, 5 üzv uçot dərəcəsinin artırılmasına səs verib.

"Orta müddətli dövrdə inflyasiyanın davamlı olaraq 2%-lik hədəfə qaytarılması üçün Bank faiz dərəcəsini zərurətə uyğunlaşdıracaq" - Mərkəzi Bankın açıqlamasında əlavə edilib.

Bununla da, İngiltərə Bankı ardıcıl on üçüncü iclasında uçot dərəcəsini artırıb.