22 iyun 2023 16:49
371

İngiltərə Bankı uçot dərəcəsini son 15 ilin ən yüksək həddinə çatdırdı

İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 4,5 %-dən 5%-ə çatdırıb.

“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, uçot dərəcəsinin 2008-ci ildən bəri ən yüksək həddidir, bu ilin fevral ayından bəri isə ən böyük faiz artımıdır.