23 iyun 2023 11:38
634

Biləsuvarda şəhid Sadiq Nüsrət oğlu Nəcəflinin doğum günü qeyd olunub - FOTO

Biləsuvar rayonun Yuxarı Cürəli kəndində Vətən müharibəsinin şəhidi Nəcəfli Sadiq Nüsrət oğlunun anadan olmasının 23-cü il dönümü münasibətilə ata yurdunda mərasim təşkil edilmişdir.

“İki sahil” xəbər verir ki,  mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, partiya fəalları, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qəhrəman Şəhidimizin  şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir.İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin valideyini göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  Şəhid leytenant Nəcəfli Sadiq Nüsrət oğlu  ölümündən sonra  "Vətən uğrunda", "Cəsur döyüşçü"  və  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!