BMT, Dünya Bankı və Avropa İttifaqı birlikdə işğaldan azad edilmiş ərazilərin inkişaf strategiyasını hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı zamanı BMT İnkişaf Proqramı, Milli Layihə Koordinatoru Nazim Məmmədov bildirib.
Onun sözlərinə görə, üç bölgə seçilib - Füzuli, Cəbrayıl və Ağdam.
Nazim Məmmədov qeyd edib ki, sənəd 4 hissədən ibarətdir, onlardan biri də energetika, alternativ enerji və enerji səmərəliliyi məsələlərini əhatə edir.
"Bu kifayət qədər böyük layihə olacaq. Onu da biz noyabr ayına qədər hökümətə təqdim edəcəyik", - Nazim Məmmədov qeyd edib.