24 iyun 2023 13:38
520

Ağdaşda “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda tədbir keçirilib - FOTO

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Heydər Əliyev və Azərbaycan Ordusu” mövzusunda tədbir keçirilib. Əvəlcə ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov milli silahlı qüvvələrin formalaşması prosesinin mühüm mərhələləri haqqında geniş məlumat verib.  105 yaşlı Azərbaycan Silahlı Qüvvələri tarixin keşməkeşli sınaqlarından keçib. Nizami ordu quruculuğu prosesindən bəhs edən İsa Eminov bu işdə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.

YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov tədbirdə çıxış edərək ölkəmizin müstəqiliyini bərpa etdikdən sonra hakimiyyətdə olmuş səriştəsiz və naşı şəxslərlər, ən əsası da AXC-Müsavat hakimiyyətinin yarıtmazlığı səbəbindən yaşanmış problemləri xatırladıb və həmin problemlərin ordu quruculuğu məsələlərinə mənfi təsir etdiyini qeyd edib. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrini müqayisə edən Anar Şahmuradov qazanılmış Zəfərin təməlində ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən zamanın tələbləri çərçivəsində uğurla həyata keçirlməsininin dayandığnı bildirib. 

Partiya fəallarından Vətən müharibəsi iştirakçıları Şahin Məməmmədov və Məhərrəm Məmmədov  çıxış edərək Azərbaycan Ordusunun dünyanın ən güclü və müasir ordularından biri olduğundan, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı keçdiyi Zəfər yolundan söz açıblar. Çıxışçılar qeyd ediblər ki, rəşadətli ordumuzun mövcudluğuna görə hər bir vətəndaşımız Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıdır. 

Orxan Vahidoğlu, "İki sahil"