24 iyun 2023 15:05
505

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avstriyanın paytaxtı Vyanada keçirilmiş konfransında iştirak edib.

"İki sahil" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

"Nüvə dünyasında kompüter təhlükəsizliyi: Təhlükəsizliyin mühafizəsi" mövzusunda baş tutmuş beynəlxalq tədbirdə Azərbaycan rəsmisi "Maşın öyrənməsi (ML) alqoritmləri vasitəsilə şəbəkə əsaslı müdaxilələrin aşkarlanması" adlı məruzə ilə çıxış edib.

Azərbaycan AEBA-nın tam hüquqlu üzvüdür.