25 iyun 2023 10:40
493

ARDNF Türkiyə Mərkəzi Bankına yatırımlarından əldə etdiyi faiz gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş depozitlərdən əldə etdiyi faiz gəlirləri məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilib.

Hesabata əsasən, Fondun 31 dekabr 2022-ci il tarixinə müddətli depozitlərin əsas hissəsini Türkiyə Mərkəzi Bankında yerləşdirilmiş 1 milyard 813 milyon 719 min manat məbləğində depozit təşkil edib. Bu depozit üzrə 2 milyon 319 min manat məbləğində faiz hesablanıb.