25 iyun 2023 12:30
475

ARDNF indiyə qədər daşınmaz əmlak investisiyalarından 1.3 mlrd. dollar gəlir əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak investisiyalarını 10 il əvvəl öz portfelinə daxil edib və indiyə qədər 6,8% illik gəlirlilik olmaqla, ümumi 1,3 milyard ABŞ dolları qazanc əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilib.

Qeyd edək ki, 2022-ci ildə ARDNF-nin daşınmaz əmlak investisiyaları üzrə gəlirliliyi 9,2% olub.

Xatırladaq ki, daşınmaz əmlak investisiyalarının 41%-i Şimali Amerika, 37%-i Avropa, 22%-i isə Asiya-Sakit okean hövzəsinə edilib.