25 iyun 2023 12:34
490

Daşkəsəndə bir sıra yollarda hərəkətin təhlükəsizliyi təmin edilib- VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Daşkəsən rayonunda bir sıra yollarda hərəkətin təhlükəsizliyini təmin edib.

“İki sahil” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd, Çanaxçı-Alaxançallı və Qaraqollar-Muşavaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, 9 ədəd suötürücü boruya ziyan dəyib. Sözügedən yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.