25 iyun 2023 17:09
664

SOCAR "Şahdəniz"dəki payını satıb

SOCAR Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağındakı payını satıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan bildirib.

Məlumata görə, bu il martın 31-də SOCAR yataqdakı 14,35%-lik payını CQD Upstream MMC-yə satıb.

Həmin tarixdə SOCAR CQBK və CQBK Hold Co-da 14.35%-lik iştirak payını da CQD Midstream MMC-yə ötürüb.