İyunun 26-da Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində könüllülərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla çıxış edib.
Çıxışçılar gənclərin tədbirlərdə aktiv iştirak edəcəyinə inamı ifadə edib, onlara könüllülük fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, MINEPS VII konfransı iyunun 26-dan 29-dək keçiriləcək.