Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Qurban bayramı ərəfəsində ət kəsimi məntəqəsində olublar.
KOBİA-dan “İki sahil”ə bildirilib ki, Agentliyin nümayəndələri Lökbatanda ət kəsimi məntəqəsində kəsim həyata keçirmək istəyən fermerlər üçün yaradılmış şərait və xidmət imkanları ilə maraqlanıblar.