Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışına start verilib.
“İki sahil” xəbər verir ki, təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-off mərhələsinə yüksəliblər.
Qrup mərhələsində bir qələbəsi olan Polina Kaspiaroviç isə mübarizəni dayandırmalı olub.