27 iyun 2023 19:35
567

Stend atıcılarımız Avropa Oyunlarını dördüncü pillədə başa vurublar

Azərbaycanın qadın stend atıcıları III Avropa Oyunlarında dördüncü olublar.

“İki sahil” xəbər verir ki, Regina Meftahəddinova, Nurlana Cəfərova və Sevda Nəcəfovadan ibarət komanda stend atıcılığının skit növü üzrə bürünc medal uğrunda görüşdə Çexiya seçməsi ilə qarşılaşıb. Görüş rəqib komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.