29 iyun 2023 15:04
588

Ötən il Şahdağ Turizm Mərkəzinə gələn ziyarətçilərin sayı açıqlandı

"2022-ci ildə 109 mindən çox ziyarətçi Şahdağa səfər edib, hotellərdə 60 minə yaxın qonağa xidmət göstərilib".

“İki sahil” xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.

O bildirib ki, bu ilin yanvar-iyun aylarında 70 minə yaxın qonaq qəbul edilib: "Hotel xidmətlərindən isə 26 min turist istifadə edib".