29 iyun 2023 14:59
496

Şahdağda beynəlxalq qış idman yarışları keçiriləcək

Şahdağ Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.

O bildirib ki, bunun üçün xüsusi kanat yolu və yamac hazırlanır: "Eyni zamanda, Şahdağ Turizm Mərkəzinin ərazisində 2024-cü ilin ortalarında 120 otaqlı yeni hotel fəaliyyətə başlayacaq".