29 iyun 2023 21:11
540

Muğlada meşə yanğını başlayıb, əraziyə helikopter və təyyarələr cəlb olunub

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

“İki sahil” xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsinə bağlı qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.