03 iyul 2023 16:20
285

Azərbaycan Mərkəzi Bankı yerli BOKT-lara kredit qoyuluşunu 31 % azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 13 milyon 845 min manat olub.

"İki sahil" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,8 % azdır.