03 iyul 2023 16:32
434

Bankların AMB-də olan depozitləri 2 milyard manata yüksəlib

Azərbaycan Mərkəzi Bankında (AMB) rezident bankların qısamüddətli depozitləri 2022-ci ildə 1 milyard 938 milyon 977 min manat təşkil edib.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, 2021-ci ildə rezident bankların Mərkəzi Bankda depozitləri olmayıb.