03 iyul 2023 16:41
537

Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların buraxılışını kəskin artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) buraxdığı qiymətli kağızlarının ümumi dəyəri 1 milyard 319,529 milyon manat olub.

"İki sahil" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,6 dəfə çoxdur.