SOCAR-ın “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Şirvan şəhər sakinlərinin ixtiyarına verilib.
"iki sahil” “Azəriqaz” İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, aksiyada ümumilikdə 4 müraciət ünvanlanıb ki, bunların da hamısı eyniyönümlü olub. Daha dəqiq mikrofon önünə çıxan abonentlər qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər.
Səslənən hər 4 müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib