04 iyul 2023 09:05
411

“İrAero” bu gündən Azərbaycana yeni reyslərə başlayır

Rusiyanın "İrAero" aviaşirkəti bu gündən Saratov-Bakı marşrutu üzrə uçuşların yeni istiqamətini açır.

“İki sahil” xəbər verir ki, reyslər "Superjet-100" təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.

Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratova enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.