04 iyul 2023 14:05
354

La Liqanın rəsmi adı və loqosu dəyişdi - FOTO

İspaniya La Liqası rəsmi adını və loqosunu dəyişib.

“İki sahil” xəbər verir ki, bu, sponsor dəyişikliyindən sonra baş verib. İspaniya mətbuatının yazdığına görə, La Liqa rəhbərliyi "EA Sports" şirkəti ilə müqavilə imzalayıb. "Electronic Arts"ın törəmə qurumu olan "EA Sports" idman video oyunlarının hazırlaması ilə tanınır.

Beləliklə, bundan sonra İspaniya yüksək liqası əvvəlkitək La Liga Santander deyil, La Liga EA Sports adlanacaq. Bundan başqa, Sequndanın da adında dəyişiklik olub. Bu turnir La Liga Hypermotion-dan La Liga Smartbank-a çevrilib.

"Marca"nın yazdığına görə, "EA Sports" şirkəti ilə imzalanan 5 illik müqavilə hər mövsüm La Liqaya 30 milyon avro qazandıracaq.

La Liqanın yeni loqosu