05 iyul 2023 14:33
422

TASS agentliyinə yeni baş direktor təyin olunub FOTO

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Sergey Mixaylovun Rusiyanın TASS informasiya agentliyinin baş direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, agentliyin yeni rəhbəri vəzifəsinə əvvəllər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun birinci müavini vəzifəsində çalışmış Andrey Kondraşov təyin edilib.