05 iyul 2023 16:48
480

"Nəqşicahan" Holdinqin binası satılıb

Naxçıvanda "Nəqşicahan" Holdinqin yerləşdiyi bina satılıb.

“İki sahil” xəbər verir ki, vaxtilə holdinqin yerləşdiyi bina "Himal" Holdinqə satılıb. Artıq holdinq öz logosunu da binanın üzərinə yerləşdirib.

Qeyd edək ki, bu binada yerləşən "Nəqşicahan" Holdinqin əvvəlki sahibi Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.