06 iyul 2023 11:53
385

Rusiyada rublun xarici valyutaya nisbətdə ucuzlaşması davam edir

Rusiyada rublun xarici valyutaya nisbətdə ucuzlaşması davam edir.

“İki sahil” xəbər verir ki, bu gün Moskva birjasında 1 ABŞ dollarının məzənnəsi 93 rublu, 1 avronun məzənnəsi isə 102 rublu ötüb.

Qeyd edək ki, sonuncu dəfə bu göstərici 2022-ci ilin martında qeydə alınıb.

Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina rublun hazırda xarici ticarət dinamikasının təsiri altında zəiflədiyini söyləyib. Onun sözlərinə görə, Mərkəzi Bank mövcud pul siyasətini, o cümlədən üzən məzənnə siyasətini effektiv hesab edir.