06 iyul 2023 13:11
406

AMB valyuta hərracının banklara satılan dolların həcmini açıqlayıb

İyulun 6-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə "İki sahil"ə AMB-dən bildirilib.

Məlumata görə, hərracda bankların tələbi 15,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Bu isə ötən hərracdan 60,6% azdır. Belə ki, iyunun 4-də keçirilən valyuta hərracında banklar 39,9 milyon dollar alış həyata keçirmişdi.