06 iyul 2023 17:32
540

Azərbaycan ÜTT ilə sosial-iqtisadi inkişaf hədəflərini müzakirə edib

Azərbaycan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə xarici ticarət əlaqələrini və sosial-iqtisadi inkişaf hədəflərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Nazirin sözlərinə görə, müzakirələr onun İsveçrənin Cenevrə şəhərinə səfəri çərçivəsində, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoyla keçirdiyi görüşdə baş tutub.