07 iyul 2023 12:51
427

Bakı-Quba yolunun bir hissəsində üfüqi nişanlanma xətləri yenidən rənglənir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Vaz dairəsi” adlanan hissəsindən “Sumqayıt dairəsi” adlanan hissəsinə qədər hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, xətlərin yenilənməsi bir neçə gün davam edəcək.

Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etməyi tövsiyə edib.