08 iyul 2023 11:20
503

Azərbaycan və Tacikistan qarşılıqlı investisiyaların təşviqini müzakirə ediblər

 Azərbaycan və Tacikistan arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

“Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikirlərimizi bölüşdük”, - deyə o qeyd edib.