Tacikistanın "Dəngərə" Azad İqtisadi Zonasında yerləşən neft emalı zavodunun ehtiyacları üçün Azərbaycandan xam neftin nəqli məsələsi müzakirə olunub.
“İki sahil” xəbər verir ki, müzakirələr Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavkizoda Zavqi Aminin baş nazir Əli Əsədovla görüşü zamanı aparılıb.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi, birgə sənaye müəssisələrinin, o cümlədən Tacikistanın azad iqtisadi zonaları çərçivəsində yaradılması məsələlərinə diqqət yetiriblər.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 1,349 milyon ABŞ dolları təşkil edib.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq