Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə diplomatik xidmət orqanlarının rəhbərləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, rəsmilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib