09 iyul 2023 15:17
969

"Aztelekom": Bəzi ərazilərdə telekommunikasiya xidmətlərinin işində yaranmış fasilə aradan qaldırılıb

Bəzi ərazilərdə telekommunikasiya xidmətlərinin işində yaranmış fasiləyə "Aztelekom" MMC mövqe bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Aztelekom" MMC-nin mətbuat xidməti məlumat yayıb.

"9 iyul səhər saatlarında "Aztelekom" MMC-nin Salyan-Ələt ərazisindən keçən magistral xətti zədələnmişdi. Qəza nəticəsində bəzi regionların ərazisində internet və rabitə xidmətində fasilələr meydana gəlmişdi.

"Aztelekom" MMC tərəfindən bütün imkanlar dərhal səfərbər edilərək yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib. Hazırda xidmətlərin göstərilməsində hər hansı problem müşahidə olunmur", - deyə "Aztelekom"dan bildirilib.