“Mərkəzi Bank uzun müddətdir ki, fəaliyyət göstərən maliyyə xidmətləri, İstehlakçıların Hüquqlarının Müdafiəsi strukturu, vətəndaşların onlayn, şifahi və yazılı müraciətlərinin araşdırılması üzrə ixtisaslaşıb. Mediasiya təcrebəsinin artırılması istiqamətində tədbirlər gücləndirilir.”
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev "Bank mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən konfransda deyib.
T.Əliyev əlavə edib ki, vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün Mərkəzi Bankın 166 nömrəli Qaynar xətti fəaliyyət göstərir: “Həmçinin Vətəndaşların onlayn qəbul imkanları yaradılıb. Habelə Gəncə, Yevlax, Quba, Biləsuvar, Sumqayıt şəhərlərində yerləşən mərkəzlərimizdə, həmçinin Lənkəran şəhərində səyyar qəbul imkanları yaradılıb.”
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq