10 iyul 2023 11:06
436

Zakir Nuriyev: Əsas hədəf problemli kreditlərin az olmasıdır

“Bizim əsas hədəfimiz problemli kreditlərin mümkün qədər az həcmdə olmasıdır.”

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev "Bank mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən konfransda deyib.

Zakir Nuriyev bildirib ki, bunun üçün də çalışdığımız əsas məsələlərdən biri məhkəməyə qədər və məhkəmədən kənar məsələlərin həll edilməsinə nail olunmasıdır: “Bunun üçün bizimlə birlikdə Mediasiya  Şurasının imzaladığı "Vahid barışıq Sazişinin mövcud olması problemli kreditlərin həll edilməsi üçün mühüm əhəmiyyət daşıyır.”