Devalvasiyadan sonra Prezident İlham Əliyev vətəndaşların problemli kreditlərinin həll edilməsi ilə bağlı müvafiq Sərəncamı bir tərəfdən banklara olan borcun ödənilməsinə müsbət şərait yaratdı.
“İki sahil” xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Mahir Abbaszadə "Bank mübahisələrinin uğurlu həlli yolları" mövzusunda keçirilən konfransda bildirib.
Mahir Abbaszadə qeyd edib ki, bizə ən çox müraciət edilən məsələlərdən biri, bəlkə də birincisi istehlak kreditlərinin ödənilməsi ilə bağlı insanların üzləşdikləri problemlərdir: “Vətəndaşlarımızın istehlak kreditləri ilə bağlı banklarla müqavilə imzalayarkən şərtlərdən məlumatsız olması, həmçinin zaminlərlə bağlı məsələlər sonradan çox böyük problemlərə səbəb olur.”
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq