10 iyul 2023 12:38
317

AMB-nin baş direktoru: Qarabağda bank xidmətlərinin əlçatanlığı ilə bağlı təhlillər aparılır

“İşğaldan azad edilmiş ərazilərdə banklar filial şəbəkəsinin yaradılması, maliyyə əlçatanlığının artırılması ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən təhlillər aparılır”.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev deyib.

O bildirib ki, bununla bağlı banklar, mikromaliyyə təşkilatları, sığorta şirkətləri sorğular keçirilib. Onların böyük qayıdışa hazırlığı diqqət mərkəzindədir. Bununla bağlı detallı təhlillər aparılır.