10 iyul 2023 13:02
391

Azərbaycan KOB-ları Bilişim Vadisinin imkanlarından istifadə edə biləcəklər- FOTO

Azərbaycanın kiçik və orta biznes (KOB) subyektləri və startapları Türkiyənin Bilişim Vadisinin imkanlarından istifadə edə biləcəklər.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov tviter hesabında bildirib.

"Bununla bağlı Bilisim Vadisi ilə Niyyət Protokolu imzaladıq. Baş müdür Əhməd bəylə sənəddən irəli gələn məsələləri, əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.