Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib.
MOK-dan "İki sahil"ə verilən məlumata görə, Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərilə əlaqədar bir sıra idman qurumlarının rəsmiləri müşahidəçi qismində Daşkənddəki seçki məntəqələrində olublar.
Növbədənkənar prezident seçkilərini müşahidə edən MOK-un baş katibi Azər Əliyev Gənclər Siyasəti və İdman Nazirliyində də olub.
Görüşlərdə nazir Adxam İkramov, Özbəkistan MOK-un baş katibi Oybek Kasimov və Komitənin sədr müavini Azizjon Kamilov ilə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin idman sahəsində yeni layihələr də müzakirə olunub.
Özbəkistanda növbədənkənar prezident seçkilərini izləyən xarici ekspertlər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq