10 iyul 2023 16:04
324

Azərbaycan Ankaradan məhsul idxalını 18 % artırıb

Bu ilin yanvar-iyun aylarında Türkiyənin paytaxtı Ankaradan Azərbaycana 126,95 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“İki sahil” xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % çoxdur.

Təkcə iyunda isə Ankaradan ölkəmizə 21,8 milyon ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da illik müqayisədə 14,9 % çoxdur.