10 iyul 2023 17:17
482

Azərbaycan 3 ölkədən maye sayğacların tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 251,4 min ABŞ dolları dəyərində 1 min 190 ədəd maye sayğacı idxal edib.

“İki sahil” Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 dəfə, kəmiyyət olaraq – 18,3 dəfə çoxdur.

Azərbaycana İtaliyadan 166,27 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 61 dəfə çoxdur) 17 ədəd (-45 %), Amerika Birləşmiş Ştatlarından 40,8 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstandan 19,1 min ABŞ dolları dəyərində 1 min 29 ədəd, Türkiyədən 15,13 min ABŞ dolları dəyərində (+48,3 %) 67 ədəd (+2,9 dəfə), Rusiyadan 6 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) cihaz gətirilib.

Dörd il 5 aylıq fasilənin ardından İsraildən (1,32 min ABŞ dolları dəyərində 1 ədəd), 3 il 4 aylıq aradan sonra İspaniyadan (0,81 min ABŞ dolları dəyərində 10 ədəd), 1 il 7 aydan sonra Gürcüstandan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan 353,13 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 25 min 364 ədəd (+2,2 dəfə) maye sayğacı ixrac edib.

Azərbaycan Qazaxıstana 123 min ABŞ dolları dəyərində (+3,4 %) 10 min ədəd (-1,3 %), Özbəkistana 108 min ABŞ dolları dəyərində 9 min ədəd (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 104,13 min ABŞ dolları dəyərində (+6,5 dəfə) 6 min 363 ədəd (+5 dəfə) və Rusiyaya 18 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) sayğac satıb.